Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Bu gün Səhiyyə Nazirliyinin Respublika Qan Bankı, Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə talassemiyadan əziyyət çəkən uşaqlara və qana ehtiyacı olan digər xəstələrə dəstək olmaq məqsədilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Qazax Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədilə keçirilən tədbirdə Respublika Qan Bankının Gəncə bölməsinin əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.

Aksiya çərçivəsində qan vermək üçün xəstəxanaya 500 nəfərdən çox könüllü müraciət edib ki, onların 128-dən qan götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə