DMX rəisi vətəndaş qəbulu keçirəcək - FOTOLAR

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov iyunun 20-si saat 15:00-da Bakıda vətəndaş qəbulu keçirəcək. Bu barədə SİA-ya DMX-dən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə iyunun 19-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə