AZAL təhlükəsizlik məqsədilə Bakıdan Mumbai, Dammam və Lahora reysləri ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib. SİA bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib.

"AZAL uçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri baş verən yeniliklər barədə operativ şəkildə məlumatlandıracaq", - məlumatda deyilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə