Yerli bazarın liderlərindən biri olan “OBA” marketlər şəbəkəsi daha bir beynəlxalq uğura imza atıb. SİA xəbər verir ki, “Best Managed Companies 2025” proqramı çərçivəsində nüfuzlu mükafata layiq görülən “OBA”, bu mükafatla həm ölkə daxilində, həm də regionda davamlı inkişaf və strateji idarəetmənin simvoluna çevrildi.
“Best Managed Companies 2025” proqramında qalib adını qazanan “OBA” marketlər şəbəkəsi bu mükafatla yalnız Azərbaycanın deyil, regionun da ən peşəkar idarə olunan şirkətlərindən biri olduğunu sübut etdi. Rəsmi təltifetmə mərasimində mükafata layiq görülən “OBA” strateji idarəetmə, insan kapitalının inkişafı, maliyyə dayanıqlılığı və sosial məsuliyyət sahələrində nümayiş etdirdikləri qabaqcıl təcrübəyə görə “Best Managed Companies” statusuna layiq görülüb. Bu uğur davamlı inkişaf, komanda ruhu və strateji idarəetmənin nəticəsidir.
30 ildən artıqdır 46 ölkədə tətbiq olunan sözügedən nüfuzlu proqram ölkəmizdə də yüksək idarəetmə və strateji inkişaf meyarlarına cavab verən özəl sektor təmsilçilərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA" marketlər şəbəkəsi mükafata ilk namizədliyini irəli sürdüyü ildə bu beynəlxalq mükafata layiq görülüb.
Mükafat “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim olunub.
Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi artıq üç ildən çoxdur ki, diskaunt market konsepsiyasından "qonşu market" modelinə keçid edib. Bununla yanaşı, tədarük zəncirinin keyfiyyətli idarə olunması üçün mərkəzi anbar sistemindən başlayaraq, istehsalçılarda keyfiyyət standartlarının tətbiqinədək bir sıra mühüm və məzmunlu layihələr həyata keçirilib. Eyni zamanda, şirkət 2024-cü ilin göstəricilərinə görə pərakəndə sektorunda vergi ödəyiciləri arasında sıralamada 2-ci yerdədir.
2016-cı ildən fəaliyyət göstərən "OBA Market" MMC hazırda 1 600-dən çox marketi və 10 000-ə yaxın əməkdaşı ilə günlük 700 minə yaxın müştəriyə keyfiyyətli və qənaətli məhsulları ilə məmnunluqla xidmət göstərməkdən qürur duyur.
Bütün xəbərlər Facebook səhifəmizdə