Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir. SİA xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, iyunun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng və 334 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə