Ağdam rayonunda da qeyd edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb, bayram namazı qılınıb.
Sonra sanitariya qaydalarına və dini ənənələrə əməl edilməklə qurbanlıq qoyunlar kəsilib, şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə göndərilib.
Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə