Muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub - FOTOLAR
Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, onlardan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Digər 6 ünvanda həm kəsim, həm satış, birində yalnız heyvan kəsimi xidmətləri, birində isə yalnız diri heyvanların satışı təklif olunub. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim edilir.
Vətəndaşlar bu gün və sabah saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün xidmətlərdən istifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə