Azərbaycanlı gənc beynəlxalq yarışmada mükafata layiq görülüb

İngiltərənin Burton upon Trent şəhərində keçirilən “All Nations Cup 2025” beynəlxalq rəqs yarışmasında azərbaycanlı gənc Əsmə Bruce uğurlu çıxışı ilə fərqlənin. SİA xəbər verir ki, 11 yaşlı Əsmə “U12 Beginners” kateqoriyasında vals üzrə çıxış edərək üçüncü yerə layiq görülüb. Yarışma “Dance Promoters Association” tərəfindən təşkil olunub və müxtəlif ölkələrdən yüzlərlə iştirakçını bir araya gətirib.

Qeyd edək ki, “All Nations Cup” beynəlxalq rəqs yarışları gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi üçün mühüm platformadır.

Bütün xəbərlər Facebook səhifəmizdə