Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dəyirmi masa keçirib - YENİLƏNİB - FOTOLAR
Bu gün “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə əvvəlcə "Uşaqların internet təhlükəsizliyi" mövzusunda sosial çarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva açıq elan edib.
Daha sonra BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov çıxışında bildirib ki, Azərbaycanda süni intellektlə bağlı uşaqların müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməlidir: "Fransa, Böyük Britaniya və s. ölkələr artıq bu planı qəbul edib: "Həmçinin bəzi ölkələrdə uşaqların tiktoka girişi qadağan edilib. Bizdə də bu istiqamətdə addım atılmalıdır. Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Bu ciddi rəqəmdir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin qurbanına çevrilə bilərlər. Bəzi özəl şirkətlər yetkinlik yaşına çatmayan şəxsləri onlayn kazinolara və s. cəlb edirlər. Beləliklə, onların vasitəsilə insanların bank kartlarına müdaxilə edirlər. Hətta bəzi banklar 7-8 yaşlı uşaqların adına bank kartlarının açılması ilə bağlı xidmətlər təklif edirlər. Biz komitə olaraq, müraciət edəcəyik ki, Azərbaycandakı kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları aça bilməsinlər. Bu qanunvericiliklə tənzimlənməlidir".
O qeyd edib ki, nəzərə almalıyiq ki, insan alverilə bağlı yeni vasitələrdən istifadə etməklə törədilən cinayətlər qapıdadır: "Bu vacib siqnaldır. Uşaqlar sosial şəbəkələr vasitəsilə Azərbaycan dilində məlumatlar ala bilmirlər. Bununla bağlı hesab edirəm ki, qeyri-hökumət təşkilatları iş aparmalıdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə