Azərbaycanın iki boksçusu antidopinq qaydalarını pozduqları üçün cəzalandırılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Bunlar Ömər Aslanlı və Məsud Yusifzadədir.
Ö.Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24, M.Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə diskvalifikasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə