1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Naxçıvanda ilk dəfə voleybol festivalı keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında təşkil olunan festival çərçivəsində təbii ot örtüyü üzərində hazırlanmış minivoleybol meydançalarında aşağı yaş qrupu üzrə oğlan və qız komandaları arasında yarışlar baş tutub.
Yarışlarda ümumilikdə 10 komanda mübarizə aparıb. Oğlanların yarışında "Naxçıvan", qızların yarışında isə "Möminə Xatun" komandası birinci olub. Festivalda Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Sədərək və Culfa rayonlarından da komandalar mübarizə aparıb.
Ümumilikdə festivalda 100-ə yaxın uşaq voleybolçular və onların valideynləri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər. Festival çərçivəsində Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı tərəfindən 2012-2016-cı il təvəllüdlü, boy və çəki göstəriciləri müvafiq kriteriyalara uyğun gələn oğlan və qız uşaqlarının voleybola cəlb edilməsi üçün seçimlər aparılıb. Valideynləri ilə birgə müraciət edən 30 uşaq arasından boy və çəki göstəriciləri uyğun gələn 10 uşaq seçilərək voleybol məşqlərinə yazılıb.
Uşaq voleybolunun təbliği baxımından əməmiyyətli olan festival maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə