Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan din xadimlərindən ibarət nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qonaqlara Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə