Yayda da istixanada məhsul yetişdirilir: səbəb nədir? - AİB SƏDRİ AÇIQLADI

“Yay aylarında bəzi kənd təsərrüfatı bitkilərinin istixana şəraitində (örtülü konstruksiyalarda) yetişdirilməsi günümüzdə getdikcə daha çox yayılır. Bu üsul, açıq sahədə becərmə ilə müqayisədə bir sıra üstünlüklərə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Məqsəd, ilk növbədə bitkiləri xarici zərərvericilərdən və iqlim təsirlərindən qorumaq, eyni zamanda məhsuldarlığı artırmaqdır. Yayda açıq sahədə becərilən bitkilər tez-tez aşağıdakı risklərlə üzləşirlər:
• Küləmə, tozlaşma və göbələk xəstəlikləri;
• Ziyanvericilər (xüsusilə də tırtıllar, ağ milçəklər və digər zərərli həşəratlar);
• Sıx yağışlar, güclü küləklər və həddindən artıq temperatur dəyişkənliyi.

Məhz bu səbəbdən, bir çox fermerlər yayda da örtülü becərmə texnologiyalarına üstünlük verirlər. Məsələn, Yeni Zelandiyada hektarlarla sahəsi olan gilas bağları salafan və ya digər örtüklər altında becərilir. Bu texnika sayəsində:
• Bitkilərin vegetasiya dövrü boyunca sağlam inkişafı təmin olunur;
• Ətraf mühitdən gələn risklər azaldılır;
• Tozlanma və süni mayalanma işləri effektiv şəkildə həyata keçirilə bilir;
• Zəruri hallarda agrotexniki və kimyəvi müdaxilələr daha məqsədyönlü və kontrollu şəkildə aparılır.

Nəticə etibarilə, məqsəd yüksək və keyfiyyətli məhsul əldə etməkdir. Bu cür sistemlər eyni zamanda suvarma, gübrələmə və digər becərmə tədbirlərinin də optimal şəkildə təşkilinə şərait yaradır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə