“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinləri üçün vətəndaş qəbulu keçirəcək. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul iyunun 20-da saat 10:00-da baş tutacaq.
Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Qəbul Saatlı rayonu, Gənclər mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB