Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı çatıb

Mayın 29-da yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb. SİA-nın verdiyi xəbərə görə, Bəylik kəndinin klub - icma mərkəzində ailələrin qarşılanma mərasimi keçirilib.

Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Bu mərhələdə kəndə 163 nəfərdən ibarət 41 ailə köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə