Prezident İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
SİA xəbər verir ki, Sərəncam bu müəssisədə 11 məhkuma şamil olunub. Onlardan 7-si tam azad edilib, 2-nin cəzası yarıya endirilib.
11 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının şamil olunduğu şəxslər Azərbaycan vərəndaşlarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə