Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 30-da saat 09:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər İsmayıllı DAİM-ə (055-851-56-26) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə