Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək. SİA xəbər verir ki, bir qrup zəvvar Heydər Əliyev Hava Limanından Həccə gedəcək.
Qeyd edək ki, bu ilk zəvvar qrupudur. Axırıncı qrupun yola düşməsi isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.
Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə