Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğradığı yerdə ucaldılan abidənin görüntüləri yayımlanıb. SİA xəbər verir ki, bu, təyyarənin qalıqları olan ərazinin ətrafında skamyalar və güllərlə tamamlanmış metal hasarlanmadır.

Tüpkaraqan rayonunun akimi yerli mediaya izah edib ki, abidənin qurulması Manqistau vilayətinin sakinlərinin təşəbbüsü ilə baş tutub: “Onlar öz vəsaitləri hesabına həlak olanların xatirəsini yad etmək qərarına gəliblər, heç bir büdcə vəsaiti istifadə olunmayıb”.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə