Azərbaycanda 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Azərbaycanda hazırda 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir. SİA xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşü zamanı deyib.
O bildirib ki, bu rəqəmlər Kollegiyanın fəaliyyət miqyasının genişliyini və hüquqi xidmətə olan yüksək tələbatı bir daha göstərir.
Anar Bağırov ARVK tərəfindən vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına daim xüsusi önəm verildiyini vurğulayıb, onları fəal olmağa, təcrübəli vəkillərdən öyrənməyə, təşəbbüskar yanaşma nümayiş etdirməyə və daim biliklərini artırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə