Şirvanda əhalinin su təchizatı belə həyata keçirilir - FOTOLAR

Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub. SİA xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, küçə və prospektlərdə qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb. Şəhərin küçələrində cari il ərzində ümumilikdə 140 paqonometr, 501 paqonometr, 13,5 paqonometr və 274 paqonometr müxtəlif diametrli su xətləri təmir edilib.

Şəhər ərazisində 363 ədəd mexaniki su sayğacı, 5 ədəd müxtəlif diametrli yeni siyirtmə quraşdırılıb. Şəhərin Heydər Əliyev və Tofiq İsmayılov küçələrində məhəllədaxili kanalizasiya sistemində istismara yararsız olan xətlər, çoxmənzilli yaşayış binalarının zirzəmisində isə tullantı su boruları təmir edilib. Şəhər ərazisində baş vermiş tutulmalar və kanalizasiya xətləri iri həcmli xüsusi texnika və maşınlarla yuyularaq təmizlənib.

Bununla yanaşı 63 nəzarət quyusu xüsusi maşınla çikrabdan təmizlənib, 1270 paqonometr kanalizasiya xətti yuyulub, yuyulma nəticəsində 76 kub metr çirkab su kənarlaşdırılıb. İçməli su xətlərində 598, kanalizasiya xətlərində 528 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb.

Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov cari ildə görülmüş işlər barədə məlumat verərək bildirib ki, şəhərdə əhalinin su ilə təminatı üçün Şirvan şəhər Sukanal İdarəsi tərtib olunmuş plan əsasında öz işlərini davam etdirir. Abonentlər şəhər ərazisindən keçən 1200 millimetrlik Şirvan-Muğan xəttindən ayrılmaqla 710 millimetrlik, 450 millimetrlik və 410 millimetrlik xətlərlə üç istiqamətdə içməli su ilə təmin olunur.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Şirvan şəhərində də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Layihəyə uyğun olaraq şəhərin müxtəlif küçələrini əhatə etməklə 606 paqonometr müxtəlif diametrli yeni su xətti, 2379 paqonometr müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilib, 241 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 232 ədəd mexaniki su sayğacı quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 11083 kvadratmetri bərpa edilib.

Fərhad Hüseynovun sözlərinə görə, Şirvan şəhərində “2025-ci il Dövlət layihəsi” çərçivəsində su və kanalizasiya çəkilişi bir neçə küçədə başa çatıb. Məhəmməd Əsədov, Şirvan, Şəhidlər və Mehdi Hüseyn küçələrində işlər tamamlanıb. 580 sayğac quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, abonentlərə göstərilən su və tullantı su xidmətlərinin dayanıqlılığını təmin etmək məqsədilə Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəbəkələrə daimi nəzarət həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə