Bu gün Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı markalarından biri olan Zivella, 30 May Cümə günü Bakı Konqres Mərkəzində keçiriləcək "InVision Design Talks & Visionary Design" Forumuna hazırlıq çərçivəsində Zəncəfil restoranında səhər yeməyi ilə mətbuat konfransına keçirilib. SİA xəbər verir ki, konfransda media nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Türkiyənin aparıcı keramika istehsalçısı Seranit Türkiyənin ofis mebeli sektorunda aparıcı brendlərindən biri olan Zivella ilə birlikdə Azərbaycanda, Bakıda InVision Design Talks & Visionary Design Forum tədbirini təşkil etməyə hazırlaşır. Tədbir mayın 30-da, cümə günü saat 13.00-dan 18.30-dək Bakı Konqres Mərkəzində baş tutacaq. Memarlıq, sənaye dizaynı və şəhərsalma dünyasının aparıcı adları bir araya gələcək. Yaşayış məkanlarını, şəhərləri və obyektləri formalaşdıran uzaqgörən fikirlərin müzakirəsi üçün də unikal platforma yaradacaq bu tədbir bu sahədə mütəxəssislərlə dizaynın gələcək rolunu yenidən müəyyənləşdirməyə yönəldiləcək.
Qonaqlar konfransın sonunda xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə