"YAŞAT" Fondunun dəstək tədbirləri davam edir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə fonddan məlumat verilib.
Bildirilib ki, fond tərəfindən şəhid Natiq Ramazan oğlu Mahmudovun ailə üzvlərinə kömək göstərilib. Onların müalicə xərcləri qarşılanıb, həmçinin dərman preparatları ilə təmin olunublar.
Qeyd edək ki, N.Mahmudov Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci ilin sentyabrın 27-də isə könüllü olaraq Vətən müharibəsinə yollanıb və Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət komada qaldıqdan sonra dekabrın 26-da şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə göstərdiyi igidliyə görə o, “Vətən uğrunda”, “İgidliyə görə”, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.
Şəhid N.Mahmudov barədə məlumatlarla bu linkdə daha ətraflı tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə