“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində 28 May – Müstəqillik Günü münasibətilə "Üçrəngli bayrağın kölgəsində" adlı konsert proqramı baş tutacaq. Birliyin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, konsert 27 may, saat 19:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan gəncləri arasında milli mənsubiyyət hissini, vətən sevgisini və mədəni dəyərlərə bağlılığı daha da gücləndirmək, eyni zamanda, gənclər arasında milli ruhun, müstəqillik dəyərlərinin təbliği, mədəni irsimizin yaşadılmasıdır.
Konsertdə Azərbaycan Respublikasının tanınmış sənətçiləri, istedadlı gənclər və müxtəlif yaradıcı kollektivlər çıxış edəcək.
Qeyd edək ki, tədbir Şəhriyar adına Mədəniyyət Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə həyata keçirilir.
Konsertdə tamaşaçı qismində iştirak etmək istəyən şəxslər qeydiyyat linkinə keçid edə bilər: https://shorturl.at/xGiOz
Bütün xəbərlər Facebook səhifəmizdə