Şahdağda qar yağır – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 16-sı saat 18:00-a olan məlumatına əsasən, ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, xidmətdən verilən məlumata görə, Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağda qar yağması müşahidə olunur.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir saniyədə 21 metrədək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Aran rayonlarında 23, Naxçıvan Muxtar Respublikasında 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə