Mayın 16-sı və 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 15-dən 16-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, 17-si gündüz isə küləyin istiqaməti dəyişərək cənub-qərb küləyi ilə əvəz olunacaq". Bu barədə SİA-ya Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova açıqlamasında bildirib.
Onun sözlərinə görə, havanın maksimal temperaturu 18–23 dərəcə isti olacaq: "Bölgələrdə də mayın 16-da yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Mayın 16-sı axşam saatlarından etibarən yağıntılar tədricən kəsiləcək. 17-də isə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 22–27, dağlıq ərazilərdə isə 8–13 dərəcə isti olacaq".
Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB