Son illərdə yaya hazırlıq ərəfəsində solyariyə getmək dəb halını alıb. Xüsusilə, gənclər arasında “bronz dəri”yə sahib olmaq istəyənlərin sayı çoxluq təşkil edir.
Təəssüf ki, bəziləri solyarinin zərərlərindən xəbərsizdir. Dərinin süni şəkildə qaralması üçün istifadə olunan cihazlar ultrabənövşəyi şüalar yayır. Həmin şüalar bədənin dərialtı qatlarına nüfuz edərək melaninin aktivləşməsinə və dərinin qaralmasına səbəb olur.
SİA-nın məlumatına görə, mütəxəssislər deyir ki, rəngin altında görünməyən ciddi risklər var.
Bütün xəbərlər Facebook səhifəmizdə