Tərtərdə dolu kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurub. SİA xəbər verir ki, rayonun Kəbirli, Xoruzlu və Bayandur kəndinə düşən dolu kəndlilərə məxsus günəbaxan, dənli bitkilər, yem bitkiləri tarlasına və meyvə bağlarına ziyan vurub. Hələ ki, dəymiş ziyanın miqdarı ilə bağlı dəqiq məlumat yoxdur. Bundan başqa oxşar hal Bərdə rayonunda baş verib. Xüsusilə rayonun Cicimli kəndində fərdi əkin təsərrüfatına ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə