Bakı Tekstil Fabrikinin nümayəndələri “Turkish Fashion Fabrics” sərgisində iştirak ediblər

Türkiyənin Bursa şəhərində keçirilən “Turkish Fashion Fabrics” parça və aksessuar sərgisində Bakı Tekstil Fabrikinin nümayəndə heyəti iştirak edib. SİA xəbər verir ki, sərgi Türkiyədə beynəlxalq sərgilərin təmsilçisi olan WORLD EXPO-nun təşkilatçılığı ilə baş tutub.

Sərgidə müxtəlif ölkələrdən gəlmiş şirkətlər iplik və kumaş məhsullarını nümayiş etdirərək beynəlxalq ticarət əlaqələrinin qurulması üçün geniş imkanlar yaradıb. “İremak”, “Alderateks”, “Yeni Tosun Tekstil”, “Erşat Tekstil”, “İrfan Aydemir Teks”, “Fabric Co” kimi tanınmış istehsalçılar da sərgidə iştirak edərək innovativ və yüksək keyfiyyətli məhsullarını təqdim ediblər.

Tədbir çərçivəsində dünya şöhrətli dizaynerlər və sahə üzrə peşəkar təlimçilərin iştirakı ilə keçirilən seminarlar xüsusilə diqqətçəkici olub. Seminarlar zamanı iştirakçılar parça və iplik seçimi, satış strategiyaları və bazar tələblərinə dair dəyərli biliklərlə məlumatlandırılıblar.

Bakı Tekstil Fabrikinin nümayəndələri belə nüfuzlu beynəlxalq tədbirdə dəvət edən WORLD EXPO təşkilatına dərin təşəkkürlərini bildiririblər.

Bu kimi tədbirlər tekstil sahəsindəki yenilikləri yerində izləmək və beynəlxalq əməkdaşlıqlar qurmaq üçün çox əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə