DOST RİM növbəti dəfə beynəlxalq müsabiqənin qalibi seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Sinqapurun “World Business Outlook” onlayn jurnalının təşkil etdiyi müsabiqədə 2025-ci il üçün “Avropanın ən yaxşı rəqəmsal mərkəzi” mükafatına layiq görülüb.

SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST RİM müxtəlif ölkələrin aparıcı qurumları, həmçinin qlobal şirkətlərin iştirak etdiyi müsabiqədə qaliblər siyahısında yer alıb.

Qeyd edək ki, “World Business Outlook” jurnalı tərəfindən hər il keçirilən müsabiqə biznes və maliyyə sahəsində üstün performans, innovasiya və mükəmməlliyi ilə seçilən təşkilatları və fərdləri mükafatlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə