"Ermənilər azərbaycanlıları amansızcasına qətlə yetiriblər..."

Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye” qəzeti çoxmilyonlu auditoriyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların hələ də aşkar olunduğu, eləcə də ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatlandırıb.

SİA xəbər verir ki, qəzet Şuşa və Xocalı şəhərləri yaxınlığında erməni vəhşiliyinin qurbanı olmuş azərbaycanlılara aid iki yeni kütləvi məzarlığın aşkar edilməsinə diqqət çəkib. Nəşr Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarına istinad edərək, eləcə də tapılan insan qalıqlarının şəkillərini paylaşaraq, Birinci Qarabağ müharibəsi zamanı öldürülmüş azərbaycanlıların işgəncələrə məruz qaldığını xüsusi vurğulayıb.

“Ermənilər azərbaycanlıları amansızcasına qətlə yetiriblər”, - deyə nəşrdə qeyd olunub. Vurğulanıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində azı 3990 azərbaycanlının taleyi hələ də məlum deyil. “İrəvan bu məsələ ilə bağlı məlumat yaymaqdan israrla yayınır, - deyə “Türkiye” qəzeti yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə