Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci il - "Konstitusiya və Suverenlik İli" çərçivəsində Vətən müharibəsi şəhidlərinin və veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Gələcəyin yaşıl izi” adlı tədbir çərçivəsində bu məqsədlə ayrılmış ərazidə 100-ə yaxın ağac əkilib.
Bildirilib ki, aksiyanın keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının övladlarının iştirakı ilə qəhrəmanlarımızın əziz xatirəsini anmaq, gənc nəslin yaddaşında tarixi Zəfərimizi əbədiləşdirmək, gəncləri təbiətin mühafizəsinə təşviq etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə