Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 122, 160A, 193, 195 və 503 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 16 may 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 122 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi), 160A nömrəli şəhərətrafı (Binə qəsəbəsi, "Atçılıq" yaşayış massivi – Binə qəsəbəsinin mərkəzi), 193 nömrəli şəhərətrafı (Mirzə Məhəmməd xan küçəsi – "Lökbatan" NMM), 195 nömrəli şəhərətrafı (Ələt qəsəbəsi – “Abşeron” ticarət mərkəzi), 503 nömrəli şəhərətrafı (BBAK – Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi) avtobus marşrutları üzrə 5 Lotda mayın 23-də baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə