YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı olub - FOTOLAR
YAP Sabunçu Rayon Təşkilatının Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi 16 (Sabunçu Rayon Telefon Qovşağı) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, yığıncaqda çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonra ərazi ilk partiya təşkilatına yeni sədr və sədr müavinin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədrliyinə Sübhan Məmmədovun, sədr müavinliyinə isə Şirvan Əliyevin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Sübhan Məmmədov, sədr müavini isə Şirvan Əliyev seçilib.
Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimadı doğrultmağa çalışacaqlarını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə