Bədii yaradıcılıq-müsabiqəsində məni sevindirən budur ki, fərqli universitetlər də seçim mərhələlərində iştirak edir, istedadlı tələbələri tanıyırıq. Qeyd etməliyəm ki, Naxçıvan Dövlət Universitetində istedadlı tələbələr çoxdur. Onların istedadlarının üzə çıxarılması üçün universitet tərəfindən şərait yaradılır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev söyləyib. O deyib: “Təbii ki, yekun konsertdə iştirak etmələri üçün istedadlı tələbələr arasında da seçimlər olacaq. Görürük ki, rəqs ansamblları da yaxşı vəziyyətdədir. Hətta qeyd edim ki, saz sənəti də ruhumuzu oxşayaraq gözəl təsvir olundu. Biz buna təəccüblənmirik. Çünki Naxçıvanda həmişə istedadlı gənclər çox olub. Gənclərimizə uğurlar arzulayıram və əminəm ki, yekun konsertdə də gözəl ifaları ilə hər kəsi sevindirəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə