Bakıda son iki gündə 61 sürücünün qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb
Bakının Nizami rayonu ərazisində son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub.
Onlara bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə