AQTA: Rusiyadan idxal olunan mal piyində uyğunsuzluq aşkarlanıb - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində "Gourmeat" MMC-nin Rusiyadan idxal etdiyi "Bryansk Meat Company" şirkətinin istehsalı olan 21 min kiloqram “Miratorq” əmtəə nişanlı mal piyindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlayıblar. SİA xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB