Niderlandda Azərbaycan icmasının üzvləri Ramazan bayramını qeyd ediblər - FOTOLAR
Haaqada “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Ramazan bayramı qeyd edilib. SİA xəbər verir ki, bayram tədbirində Azərbaycanın Niderland Krallığındakı səfirliyinin diplomatları, Niderlandda, Almaniyada və Belçikada yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva assosiasiyanın fəaliyyəti haqqında məlumat verib və iştirakçıları bayram münasibəti ilə təbrik edib.
Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə Ramazan bayramı münasibətilə Azərbaycan icmasının üzvlərini təbrik edib və deyib: “Artıq neçə ildir ki, Azərbaycan bayramlarını ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş şəkildə qeyd edir. Bunun üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşməni işğal altında olan torpaqlarımızdan qovub çıxarmış qəhrəman əsgərlərimizə, qazi və şəhidlərimizə borcluyuq”.
Bayram tədbiri “Qala” musiqi ansamblının “Birlik” konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə