BTQ ilə müstəqillik hərəkatlarından biri arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Təşəbbüs Qrupu (BTQ) və "Qvadelupa Azadlığı uğrunda Xalq İttifaqı" (L'Union populaire pour la libération de la Guadeloupe, UPLG) partiyası Anlaşma Memorandumu imzalayıblar. SİA xəbər verir ki, imzalanma BTQ-nin təşkil etdiyi "Kolonializm: dini-milli kimliyin kimliyin silinməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub.

Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Qvadelupanın Azadlığı uğrunda Xalq İttifaqının (UPLG) baş katibi Jan Jakop Bisep imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə