AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında aprelin 3-ü saat 14:00-da sahibkarlarla növbəti görüş keçirəcək. SİA xəbər verir ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə