Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

SİA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə martın 15-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazilərində ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərinin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə