DİQQƏT: Sabah hava yenidən pisləşir? - QURUM RƏSMİSİ DANIŞDI

"Martın 13-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Qurum rəsmisi bildirib ki, gecə və səhər bəzi yerlərdə ara-bir duman olacaq: "Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 13°-18° isti olacağı gözlənilir. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Bəzi yerlərdə ara-bir duman olacaq, şərq küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 20°-25°, dağlıq ərazilərdə isə 12°-17° isti olacaq".

Müəllif: Qumral Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə