Xocalıda Yel çərşənbəsinin tonqalı qalanıb

İşğaldan azad olunan Xocalı şəhərində, Ballıca kəndində həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kənddə qarşılayır. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıblar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalıda da Yel çərşənbəsi yaddaqalan olub. Xocalı sakinləri çərşənbə tonqalını alovlandırıb, yallı və şən musiqinin sədaları altında rəqs ediblər.

Qeyd edək ki, Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə