Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə