Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Fevralın 28-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 198, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə