ADY kəskinləşən hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri görür - FOTOLAR

Azərbaycan Dəmir Yolları QSC (ADY) yenidən kəskinləşən hava şəraiti və aramsız qar yağması ilə əlaqədar olaraq, dəmiryol stansiya, vağzal və dayanacaqlarında intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür. SİA xəbər verir ki, sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə platformalar, piyada keçidi və körpülər qardan təmizlənir, xüsusi örtüklü cığırlar salınır.

Sərnişinlərdən hərəkət zamanı ehtiyatlı olmaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə