Sumqayıtda ictimai nəqliyyatın fasiləsiz fəaliyyət göstərməsi üçün tədbirlər görülür - FOTOLAR
Sumqayıtda qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsiz fəaliyyət göstərməsi üçün tədbirlər görülür. SİA xəbər verir ki, Sumqayıtda müşahidə olunan qarlı hava şəraitinə baxmayaraq, şəhərdaxili ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin edilib. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatması üçün aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər həyata keçirilir.
Gecə saatlarından etibarən yolların qardan təmizlənməsi işlərinə başlanılıb və səhər saatlarına qədər əsas magistral və marşrut xətləri hərəkət üçün açıq saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə