Ramazan ayı daxil olduqdan sonra vətəndaşlar toy və ya şənliklər edə bilərmi? - İLLAHİYATÇI ALİM AÇIQLADI
Adətən Ramazan boyu müsəlmanlar oruc tutmağa, pis əməllərdən uzaq durmağa, oruc tutmasa da spirtli içki qəbul etməməyə çalışırlar. Beləliklə, mağazalarda, marketlərdə spirtli içkilərin satışı bir qədər zəifləyir. Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə bağlıdır. Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır. Bu da insanlar arasında daim müzakirə mövzusu olan bir sualı ortaya qoyur - Ramazanda toy etmək olarmı?
Bu məsələ ilə bağlı SİA- ya açıqlama verən "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev bildirib ki, "Ramazan ayında toy eləmək olar, bəli olar. Sadəcə məsələ nədir”?
Onun sözlərinə görə, toyu iftar vaxtı etmək olar. “Toy şərtləridə, toy prinsipləri də, şəriyyətimizə, dinimizə uyğun olmalıdır. Əgər iftar vaxtı toy edib orada içki veriləcəksə, Allahın qayda qanunları pozulacaqsa, bu zaman Ramazan ayında olsa və ya digər vaxtlarda olsun Allah istəmədiyi formada edilən toy məqbul deyil. Amma Ramazan ayında olub Allahın dininə uyğun formada, yəni normal şəkildə içkisiz, iftar vaxtdı toy edilərsə burada bir sıxıntı yoxdur. Bu sadaladıqlarımdan başqa bir problem olmazsa Ramazan ayında toy etmək üçün heç bir problem olmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə