Xaçmaz rayonunda qanunsuz ağac kəsintisi faktı aşkar edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu Qarabağlı kəndi ərazisində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

SİA-nın məlumatına görə, xidmətdən bildirilib ki, araşdırma zamanı sözügedən ərazidə ağacların qanunsuz olaraq Qarabağlı kənd sakini Qafar Ağayevə məxsus pay torpağının kənarında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə