Faktiki hava: Azərbaycanda qısa fasilədən sonra yenidən qar yağır

Azərbaycanda fevralın 22-də saat 19:00-a olan faktiki hava açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar yağır.

Eyni zamanda, Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Balakən, Şəki, Şamaxı, İsmayıllı, Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Quba, Qusar, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada da qar yağır.

Bütün xəbərlər Facebook səhifəmizdə